21 iyun 2026. Bazar günü

Emre Can mövsümü vaxtından əvvəl başa vurdu


Emre Can mövsümü vaxtından əvvəl başa vurdu

"Borussiya Dortmund"un dayaq yarımmüdafiəçisi Emre Can uzun müddət komandaya kömək edə bilməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə “sarı-qaralar”ın rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu Bundesliqanın 24-cü turunda "Bavariya" ilə keçirilən və 2:3 hesabı ilə başa çatan oyunda zədələnib. Müayinələr nəticəsində onun sol dizinin çarpaz bağlarının qırıldığı müəyyən edilib.

Emre Can bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq və cari mövsümdə komandasına kömək edə bilməyəcək.

“Transfermarkt”ın məlumatına görə, bazar dəyəri 6 milyon avro olan yarımmüdafiəçi bu mövsüm 16 oyunda iştirak edib və 3 qol vurub. O, mövsümün əvvəlini də bud əzələsi zədəsi səbəbindən buraxmışdı.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər