- Almaniya B.L.
- 15:18 05.03.2026
“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandanın hücumçusu Harri Keynin sabah keçiriləcək Bundesliqa oyununu buraxacağını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bildirib ki, futbolçu Mönhenqladbax “Borussiya”sına qarşı matçda iştirak etməyəcək.
“Harri Keyn sabah oynamayacaq. O, baldır nahiyəsindən zərbə alıb və hələ tam bərpa olunmayıb. Bu sadəcə yüngül əzilmədir, yaxın gələcək üçün ciddi problem yoxdur. Amma mümkündür ki, o, komandaya bir gün də qoşula bilməsin. Bu məsələ ilə bağlı kifayət qədər sakitik. Əlbəttə, Keynin bizimlə olmasını istərdik, amma belə hallar baş verir”, – deyə Kompani mətbuat konfransında bildirib.
Qeyd edək ki, Harri Keyn cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlər daxil olmaqla 37 oyunda iştirak edib. O, bu matçlarda 45 qol vurub və 5 məhsuldar ötürmə edib.