21 iyun 2026. Bazar günü

“Bavariya” evdə “Borussiya”nı məğlub etdi


“Bavariya” evdə “Borussiya”nı məğlub etdi

Almaniya Bundesliqasının 2025/2026 mövsümünün 25-ci turunda Münhen “Bavariya” və Mönxenqladbax “Borussiya” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Münhen şəhərindəki “Arena Münhen” stadionunda keçirilib. Matç ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

33-cü dəqiqədə “qırmızılar”ın qanad oyunçusu Luis Dias hesabı açıb. Birinci hissənin əlavə vaxtında müdafiəçi Konrad Laymer üstünlüyü artırıb. 57-ci dəqiqədə yarımmüdafiəçi Camal Musiala penalti ilə hesabı dramatik fərqə çatdırıb. 79-cu dəqiqədə hücumçu Nikolas Cekson dördüncü qolu vurub. 89-cu dəqiqədə yarımmüdafiəçi Vael Moxi qonaqların fərqini bir topa endirib.

25 turdan sonra “Bavariya” 66 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Borussiya” isə 25 xalla 12-ci sıradadır.

Ötən turda Münhen təmsilçisi Dortmund “Borussiya”sını 3:2 hesabı ilə məğlub edib. Mönxenqladbax komandası isə “Union” üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Növbəti turda Vençan Kompaniin komandası martın 14-də “Bayer”lə qarşılaşacaq.“Bavariya” isə martın 13-də “Sankt-Pauli” ilə oyuna çıxacaq.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər