8 mart 2026. Bazar günü

“Leypsiq”dən inamlı qələbə


“Leypsiq”dən inamlı qələbə

Almaniya Bundesliqasının 25-ci turunda “Leypsiq” doğma meydanda “Auqsburq” üzərində qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Leyptsiq şəhərində yerləşən “Red Bull Arena” stadionunda baş tutub. Oyunu baş hakim Martin Petersen idarə edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əvvəlində qonaqların müdafiəçisi Keven Şlotterbek fərqlənsə də, vurulan qol qeydə alınmayıb. Hesabı isə 39-cu dəqiqədə “Auqsburq”un yarımmüdafiəçisi Robin Fellhauer açıb.

İkinci hissədə “Leyptsiq” hesabı bərabərləşdirməyi bacarıb. Belə ki, 76-cı dəqiqədə hücumçu Yan Diomand dəqiq zərbə ilə komandasını məğlubiyyətdən xilas edib.

Oyunda son nöqtə əlavə olunmuş vaxtda qoyulub. 90+2-ci dəqiqədə Keven Şlotterbek topu öz qapısına göndərərək “Leyptsiq”ə qələbə qazandırıb.

Bu nəticədən sonra “Auqsburq” 31 xalla Almaniya çempionatının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. “Leyptsiq” isə 47 xalla 4-cü yerdədir.







Almaniya B.L.

“Bayer” səfərdə xal itirdi
  • Almaniya B.L.
  • 23:43 07.03.2026
“Bayer” səfərdə xal itirdi
“Borussiya”dan çətin qələbə
  • Almaniya B.L.
  • 23:40 07.03.2026
“Borussiya”dan çətin qələbə
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 23:38 07.03.2026
“Leypsiq”dən inamlı qələbə
“Harri Keyn sabah oynamayacaq”
  • Almaniya B.L.
  • 15:18 05.03.2026
“Harri Keyn sabah oynamayacaq”
Cekson "Bavariya"dan ayrılır
  • Almaniya B.L.
  • 23:59 02.03.2026
Cekson "Bavariya"dan ayrılır