21 iyun 2026. Bazar günü

“Bayer” səfərdə xal itirdi


“Bayer” səfərdə xal itirdi

Almaniya Bundesliqasının 25-ci turunda “Frayburq” ilə Leverkuzen “Bayer”i üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Frayburq-im-Braysqau şəhərində yerləşən “Europa-Park” stadionunda keçirilən qarşılaşmanı baş hakim Benyamin Brand idarə edib. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçda hesabı 34-cü dəqiqədə Vinçentso Qrifo açıb. Üç dəqiqə sonra qonaqların hücumçusu Kristian Kofane hesabı bərabərləşdirib.

43-cü dəqiqədə Yuito Suzuki meydan sahiblərini yenidən irəli çıxarıb. Birinci hissənin əlavə olunmuş vaxtında – 45+3-cü dəqiqədə Alexandro Qrimaldo bərabərlik qolunu vurub.

İkinci hissənin 52-ci dəqiqəsində Marten Terye Leverkuzen təmsilçisini hesabda önə keçirib. 86-cı dəqiqədə isə Matias Ginter fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib – 3:3.

Bu nəticədən sonra “Frayburq” 34 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Leverkuzen “Bayer”i isə 44 xalla 5-ci yerdədir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər