21 iyun 2026. Bazar günü

"Kompani bizi daha güclü edir"


"Kompani bizi daha güclü edir"

“Bavariya” klubunun hücumçusu Maykl Olise komandanın baş məşqçisi Vensan Kompani barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano futbolçunun dediklərini belə çatdırıb.

“Kompani öz planları və ideyaları ilə bizi daha güclü edir. Müəyyən vəziyyətlərdə nə etməli olduğumuzu hamı yaxşı bilir. Hamımız eyni istiqamətdə işləyirik və hər bir oyunçu meydanda maksimum gücünü ortaya qoyur”,

Cari mövsümdə 24 yaşlı Olise bütün turnirlər nəzərə alınmaqla 36 oyunda iştirak edib. O, bu matçlarda 13 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

25 turdan sonra “Bavariya” Almaniya çempionatının turnir cədvəlinə 66 xalla liderlik edir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər