25 aprel 2026. Şənbə

"O, mənə De Bruyneni xatırladır"


"O, mənə De Bruyneni xatırladır"

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Vensan Kompani komandanın vingeri Maykl Olise haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, “Bayern & Germany” nəşri çalışdırıcının dediklərini belə çatdırıb.

“Bu cür münasibətlə Olisenin dünyanın ən yaxşı futbolçularından birinə çevrilməsi üçün hər şeyi var. O, detallara çox diqqət yetirir. Mən futbolçuları müqayisə etməyi sevmirəm, lakin Kevin de Bruyne ilə birlikdə oynamışam və onun gənc futbolçudan superulduza çevrildiyini öz gözlərimlə görmüşəm. O, detallara aludə idi və Mayklda da bu xüsusiyyət var. Əlbəttə, bununla kifayətlənmək olmaz, biz onu daha da inkişaf etməyə təşviq etməliyik. Lakin o, şübhəsiz ki, doğru yoldadır”

24 yaşlı fransalı futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta”ya qarşı keçirilən oyunun qəhrəmanı olub. O, həmin qarşılaşmada iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Matç Münhen təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Maykl Olise 2024-cü ilin yayında İngiltərənin “Kristal Pelas” klubundan “Bavariya”ya transfer olunub.







Almaniya B.L.

“Bavariya"dan möhtəşəm geri dönüş
  • Almaniya B.L.
  • 20:48 25.04.2026
“Bavariya"dan möhtəşəm geri dönüş
Luis Dias unikal rekorda imza atdı
  • Almaniya B.L.
  • 22:45 20.04.2026
Luis Dias unikal rekorda imza atdı
“Borussiya” evdə xal itirdi
  • Almaniya B.L.
  • 23:42 19.04.2026
“Borussiya” evdə xal itirdi