14 mart 2026. Şənbə

"Bavariya" səfərdə "Bayer"lə heç-heçə etdi


"Bavariya" səfərdə  "Bayer"lə heç-heçə etdi

Almaniya Bundesliqasının 26-cı turunda "Bayer Leverkuzen" ilə "Bavariya" komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, "BayArena" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Görüşdə hesabı 6-cı dəqiqədə Aleş Qarsiya açaraq meydan sahiblərini irəli çıxarıb. 42-ci dəqiqədə isə qonaq komandanın futbolçusu Nikolas Cekson qırmızı vərəqə alaraq meydandan qovulub.

61-ci dəqiqədə Harri Keyn hesabı bərabərləşdirsə də, epizod əl oyunu səbəbindən qeydə alınmayıb. 69-cu dəqiqədə isə Luis Dias fərqlənərək hesabı bərabərləşdirib. Lakin 84-cü dəqiqədə o, ikinci sarı vərəqəni alaraq meydanı vaxtından əvvəl tərk edib.

90+3-cü dəqiqədə Yonas Hofmanın vurduğu qol ofsayd səbəbindən ləğv olunub.

Bu nəticədən sonra "Bayer Leverkuzen" 45 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. "Bavariya" isə 67 xalla liderliyini davam etdirir.

Növbəti turda "Bayer Leverkuzen" martın 21-də səfərdə "Haydenhaym"la qarşılaşacaq. Həmin gün "Bavariya" öz meydanında "Union Berlin"i qəbul edəcək.







Almaniya B.L.

 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə
"O, mənə De Bruyneni xatırladır"
  • Almaniya B.L.
  • 16:46 11.03.2026
"O, mənə De Bruyneni xatırladır"
"Kompani bizi daha güclü edir"
  • Almaniya B.L.
  • 23:14 09.03.2026
"Kompani bizi daha güclü edir"
“Bayer” səfərdə xal itirdi
  • Almaniya B.L.
  • 23:43 07.03.2026
“Bayer” səfərdə xal itirdi