17 mart 2026. Çərşənbə axşamı

"Bavariya"nın hücumçusu iki oyunluq cəzalandırılıb


"Bavariya"nın hücumçusu iki oyunluq cəzalandırılıb

"Bavariya" "Bayer Leverkuzen" ilə səfər matçında 1:1 hesablı bərabərlik əldə edib.

90deqiqe.Az xəbər verir ki, oyunda Münhen klubunun hücumçusu Nikolas Cekson birinci hissənin sonunda kobud qayda pozuntusuna görə qırmızı vərəqə alaraq oyunu erkən tərk edib.

Münhen klubunun hücumçusu Nikolas Cekson oyunu erkən tərk edib – birinci hissənin sonunda kobud qayda pozuntusuna görə qırmızı vərəqə alıb.

Almaniya Futbol Liqası bildirib ki, Cekson iki oyunluq diskvalifikasiya alıb. Beləliklə,o, Almaniya çempionatında növbəti oyunlarda iştirak edə bilməyəcək: "Union Berlin" (21 mart) və "Frayburq" (4 aprel) ilə görüşlərdə.

Qeyd edək ki, Nikolas Cekson “Bavariya”da icarə əsasında çıxış edir. Senegallı hücumçunun hüquqları isə Çelsi klubuna məxsusdur.







Almaniya B.L.

 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə