17 mart 2026. Çərşənbə axşamı

Almaniya klubu yetirməsi üçün rekord məbləğ alacaq


Almaniya klubu yetirməsi üçün rekord məbləğ alacaq

"Borussiya Mönhenqladbax" klubunun yarımmüdafiəçisi Rokko Rayts yaxın transfər pəncərəsində klubunu dəyişəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə onun hazırkı komandasının rəsmi saytı məlumat yayıb.

Klubun idman departamentinin rəhbəri Ruven Şröder bildirib:

“Rokko üçün alacağımız məbləğ "Borussiya" tarixində yetirməmiz olan bir futbolçu üçün əldə etdiyimiz ən yüksək transfer olacaq.”

Öz növbəsində, Rayts jurnalistlərə açıqlamasında bildirib:
"Söz verə bilərəm ki, qalan hər oyunda, xüsusən də bu həftə sonu keçiriləcək derbidə əlimdən gələni edəcəyəm"

Futbolçunun "Leypsiq"ə keçəcəyi gözləbilir və bu transfer məbləği 20 milyon avro təşkil edəcək.

Cari mövsümdə Rayts Bundesliqa təmsilçisinin forması ilə 27 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib, 6 sarı vərəqə və 1 qırmızı vərəqə alıb.







Almaniya B.L.

 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə