- Almaniya B.L.
- 23:13 18.03.2026
“Bavariya” yarımmüdafiəçi Noel Asekonun geri alma hüququnu aktivləşdirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.
Məlumata görə, “Bavariya” Asekonu daimi əsaslarla ələ keçirmək istəyən “Hannover”ya verməyəcək. 20 yaşlı futbolçu hazırda ikinci Bundesliqada çıxış edən klubda icarə əsasında oynayır və yaxşı oyun nümayiş etdirir.
İstedadlı oyunçu, həmçinin sağ müdafiə mövqeyində də çıxış edə bilər. Yayda “Bavariya”ya qayıdacaq və mövsümöncəsi hazırlıq zamanı Vensan Kompani qarşısında özünü göstərmək imkanı qazanacaq. Lakin onun Münhendəki gələcəyi hələ də açıq qalır. Aseko münasib təklif olarsa, satıla bilər.
Cari mövsümdə 26 oyunda iştirak edən Aseko 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarktın qiymətləndirməsinə görə futbolçunun bazar dəyəri 7 milyon avrodur.