21 mart 2026. Şənbə

“Bavariya” evdə “Union Berlin”i darmadağın etdi


“Bavariya” evdə “Union Berlin”i darmadağın etdi

Almaniya Bundesliqasının 27-ci turunda “Bavariya” və “Union Berlin” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Arena Münhen” stadionunda keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun baş hakimi Patrik İttrix olub.

Hesabı 43-cü dəqiqədə flanq hücumçusu Maykl Olise açıb. Birinci hissənin son dəqiqələrində, 45+1-ci dəqiqədə Sеrj Qnabri fərqi artırıb. İkinci hissədə 49-cu dəqiqədə forvard Harri Keyn hesabı daha da açaraq görüşü rəqib üçün ağır vəziyyətə salıb. 67-ci dəqiqədə isə Sеrj Qnabri dubla imza atıb.

Bu nəticədən sonra “Union Berlin” 31 xalla 10-cu pillədə qərarlaşıb. “Bavariya” isə 70 xalla turnir cədvəlində lider mövqeyini qoruyub.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı