- Almaniya B.L.
- 22:52 21.03.2026
Dortmundun “Borussiya” klubu yarımmüdafiəçi və kapitanı Emre Canla müqaviləni 30 iyun 2027-ci il tarixinədək uzadıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Emre kapitanımızdır və bütün komandaya nümunədir. O liderdir, həmkarlarına örnək göstərir və həmişə komandayı önə çıxarır. Zədəsindən sonra da onu dəstəkləmək istədik, çünki o “Borussiya” üçün çox önəmli oyunçudur. İndi Emre yalnız bərpasına fokuslanmalıdır. Onun meydana qayıtmasını səbirsizliklə gözləyirik,” – klubun idman direktoru Lars Riken bildirib.
32 yaşlı yarımmüdafiəçi 28 fevralda Bundesliqa matçında “Bavariya” ilə görüş zamanı sol dizin ön çapraz bağlarını zədələyib.
Emre Can 2020-ci ildən etibarən “Borussiya”nın heyətində çıxış edir və bu müddət ərzində bütün turnirlərdə 220 oyuna çıxıb, 23 qol vurub və 12 məhsuldar ötürmə edib.