24 iyun 2026. Çərşənbə

Erik Martel “Köln”u məğlubiyyətdən xilas etdi


Erik Martel “Köln”u məğlubiyyətdən xilas etdi

Almaniya Bundesliqasının 27-ci turunda “Köln” və “Borussiya” Mönxenqladbax komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, “Reyn Enerji" stadionunda baş tutan görüşdə hər iki komanda yüksək məhsuldarlıq nümayiş etdirərək 3:3 hesablı heç-heçə ilə nəticələnib.

Oyuna sürətli başlayan qonaqlar artıq ilk dəqiqədə Yens Kastroppun qolu ilə hesabı açıblar. Lakin meydan sahibləri dərhal cavab verərək təşəbbüsü ələ alıblar. 4-cü dəqiqədə Səid Əl-Mala, 7-ci dəqiqədə isə Raqnar Açe fərqlənərək hesabı 2:1 ediblər.

20-ci dəqiqədə Filipp Zander tarazlığı bərpa edib. Oyunun 60-cı dəqiqəsində isə Kastropp dubl edərək komandasını yenidən önə keçirib.

Matçın sonlarında təzyiqi artıran “Köln” məğlubiyyətdən xilas ola bilib. Erik Martel vurduğu qolla yekun hesabı müəyyənləşdirib – 3:3.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər