24 iyun 2026. Çərşənbə

"Borussiya"dan çətin qələbə


"Borussiya"dan çətin qələbə

Almaniya Bundesliqasının 27-ci turunda "Borussiya Dortmund" doğma meydanda "Hamburq" ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, “Siqnal İduna Park”da keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın hesabını 19-cu dəqiqədə Filip Otele açıb. 38-ci dəqiqədə Albert Sambi Lokonqa fərqi artıraraq qonaqları önə çıxarıb. İlk hissənin sonlarında isə Feliks Nmeça penalti zərbəsindən yararlana bilməyib.

İkinci hissədə “Borussiya” geri dönüş edib. 73-cü dəqiqədə Rami Bensebaini penaltidən fərqlənərək hesab arasındakı fərqi azaldıb. 78-ci dəqiqədə Seru Girassi bərabərlik qolunu vurub.

84-cü dəqiqədə isə yenidən penaltini dəqiq yerinə yetirən Bensebaini dubl edərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra “Borussiya Dortmund” 61 xalla ikinci pillədə qərarlaşıb, Hamburq isə 30 xalla 11-ci yerdədir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər