- Almaniya B.L.
- 16:58 22.03.2026
Almaniyanın “Borussiya Dortmund” klubunun Sebastyan Kehl idman direktoru vəzifəsindən istefa verib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, qərar Kehl və rəhbərlik arasında qarşılıqlı razılıq əsasında qəbul edilib.
Sebastyan Kehl 2018-ci ildən etibarən Dortmund klubunun strukturunda fəaliyyət göstərib və 2022-ci ildə idman direktoru təyin olunmuşdu.
Hazırda “Borussiya Dortmund” Almaniya çempionatında 61 xalla ikinci pillədə qərarlaşıb. Komandanın növbəti oyunu 5 aprel tarixində səfərdə “Ştutqart”a qarşı baş tutacaq.