24 iyun 2026. Çərşənbə

"Ayntraxt" onunla razılığa gəldi


"Ayntraxt" onunla razılığa gəldi

"Ayntraxt Frankfurt" klubu yarımmüdafiəçisi Mario Qötze ilə yeni müqavilə imzalamağa hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, 33 yaşlı futbolçu artıq klub rəhbərliyi ilə şifahi razılıq əldə edib. Yaxın günlərdə razılaşmanın hüquqi cəhətdən rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, Qötzenin hazırkı müqaviləsi bu ilin yayında başa çatır. O, cari mövsümdə bütün klub turnirlərində 26 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib və 1 sarı vərəqə alıb.

Hazırda "Ayntraxt Frankfurt" Almaniya Bundesliqasında turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. 2022-ci ildən bu komandada çıxış edən Qötzenin bazar dəyəri Transfermarkt portalına görə 3,5 milyon avro təşkil edir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər