- Almaniya B.L.
- 19:00 24.03.2026
Almaniyanın "Bayer Leverkuzen" klubu futbolçu Nathan Tella ilə müqaviləni uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Bir neçə mövqedə oynaya bilən nigeriyalı futbolçu Almaniya klubuna üç mövsüm əvvəl İngiltərənin "Sauthempton" klubundan transfer olunub.
Cari mövsümdə futbolçu 16 oyunda iştirak edib və 3 qol ötürməsi verib. O, çox sayda oyunu zədə səbəbindən buraxıb. Futbolçunun təxmini transfer dəyəri 15 milyon avro qiymətləndirilir.