Almaniya 3-cü Bundesliqasında 10-cu turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Proyssen” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Bavariya”nın ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub olub – 1:4.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da Dadaşov vurub. Millimizin futbolçusu 82-ci dəqiqədə matçda son nöqtəni qoyub.
Qeyd edək ki, Münster klubu 10 turdan sonra 9 xalla 17-ci pillədə qərarlaşıb.