25 mart 2026. Çərşənbə

“İndi "Bavariya"nı Stanisiçsiz təsəvvür etmək çətindir”


“İndi "Bavariya"nı Stanisiçsiz təsəvvür etmək çətindir”

"Barselona"nın və Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi İvan Rakitiç "Bavariya"da oynayan həmyerlisi Yosip Stanisiçin oyunu ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, sabiq futbolçu həmyerlisinin yaxşı inkişaf etdiyini bildirib.

“Yosip çox yaxşı inkişaf edir – və bu təsadüf deyil. ‘Bayer’ə icarəyə getmək ağıllı bir qərar idi. Mən hesab edirəm ki, orada o, daha yaxşı oynamağa başladı, çünki ‘Bavariya’da olduğu kimi üzərinə çox təzyiq olmurdu və Xabi Alonso rəhbərliyi altında sakit şəkildə inkişaf edə bildi. Oradakı böyük uğurlar onu həm də özünə inamlı etdi. İndi o, o qədər yaxşı formada çıxış edir ki, ‘Bavariya’yı onsuz təsəvvür etmək mümkün deyil. Biz xorvatlar Yosiplə fəxr edirik. O, artıq milli komandamız üçün əvəzolunmazdır və mən əminəm ki, o, daha da inkişaf edəcək və yeni nəsilimizin liderlərindən birinə çevriləcək”, – deyə Rakitiç Nikо Linnerə müsahibəsində bildirib.

Yosip Stanisiç "Bavariya" akademiyasının yetirməsidir. Onun Münhen klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.







Almaniya B.L.

"Ayntraxt" onunla razılığa gəldi
  • Almaniya B.L.
  • 23:38 23.03.2026
"Ayntraxt" onunla razılığa gəldi
"Borussiya"dan çətin qələbə
  • Almaniya B.L.
  • 23:46 21.03.2026
"Borussiya"dan çətin qələbə