- Almaniya B.L.
- 21:45 25.03.2026
"Bavariya"nın sabiq hücumçusu İvitsa Oliç hazırda Münhen klubunda çıxış edən həmyerlisi Yosip Stanişiç haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, sabiq futbolçu 25 yaşlı futbolçunun hər məşqçinin komandasında görmək istədiyi oyunçu olduğunu bildirib.
“Yosip burada, Xorvatiyada mənim ən sevdiyim oyunçuya çevrilib. O, 2022-ci ildə milli komandamıza qoşulduqda mən hələ köməkçi məşqçi idim. Bundesliqada keçirdiyim təcrübədən ötəri mənim vəzifəm Almaniyada çıxış edən xorvat oyunçularına nəzarət etmək idi. Buna görə də Yosipi diqqətlə izləyirdim. Onun “Bavariya”dakı inkişafı heyrətamiz sürətli oldu – heyətdə 12-ci və ya 13-cü oyunçudan həqiqətən vacib futbolçuya çevrildi. Yosip hər müdafiə mövqeyində yaxşı oynamaq bacarığı sayəsində böyük üstünlük qazanır və hər zaman buna hazırdır. Məhz buna görə Yosip hər məşqçinin komandasında görmək istədiyi oyunçudur. Onun keyfiyyətləri komanda üçün olduqca əhəmiyyətlidir”, - Oliç Niko Linnerə verdiyi müsahibədə deyib.
Cari mövsümdə Yosip Stanişiç “Bavariya” üçün bütün turnirlərdə 30 oyunda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.