13 may 2026. Çərşənbə

Şlotterbek “Borussiya Dortmund”da qalır


Şlotterbek “Borussiya Dortmund”da qalır

“Borussiya Dortmund” müdafiəçisi Niko Şlotterbeklə yollarını davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, Almaniya klubunun rəhbərliyi futbolçunun nümayəndələri ilə 30 iyun 2031-ci ilədək olan müqavilənin bütün detallarını razılaşdırıb. Şlotterbek “arılar”ın ən yüksək maaş alan oyunçusu olacaq. Həmçinin, 2027-ci ildən etibarən müqavilədə oyunçunun alqı-satqısı üçün xüsusi opsiya qüvvəyə minəcək.

Niko Şlotterbek 2022-ci ildə “Frayburq”dan “Borussiya Dortmund”a 20 milyon avroya transfer olunub. Onun əvvəlki müqaviləsi 30 iyun 2027-ci ilədək nəzərdə tutulmuşdu. Cari mövsümdə müdafiəçi 30 oyunda meydana çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə edib.







Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə