30 mart 2026. Bazar ertəsi

"Bavariya" Rafael Gerreyru ilə yollarını ayırır - RƏSMİ


"Bavariya" Rafael Gerreyru ilə yollarını ayırır  - RƏSMİ

Almaniyanın "Bavariya" klubu müdafiəçi Rafael Gerreyru ilə bağlı qərarını açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  futbolçu ilə başa çatan müqavilə yenilənməyəcək və o, 2026-cı ilin yayında komandadan ayrılacaq.

Münhen təmsilçisinin idman direktoru Maks Eberl bu qərarla bağlı danışıb:

“Rafanın komandamızda keçirdiyi müddətə görə ona səmimi təşəkkürümüzü bildiririk. Meydanda ona hər zaman güvənmək mümkün idi. O, eyni zamanda istənilən kollektivə müsbət təsir göstərən futbolçulardandır. Onunla apardığımız danışıqlar qarşılıqlı etimad və anlaşma şəraitində keçdi. Hazırda isə mövsümün qalan hissəsində qarşıya qoyulan hədəflərə birlikdə köklənmişik – bizi hələ birgə görüləcək çox iş gözləyir”, – deyə o bildirib.

Qeyd edək ki, Rafael Gerreyru “Bavariya” forması ilə ümumilikdə 89 oyunda meydana çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.







Almaniya B.L.

"Ayntraxt" onunla razılığa gəldi
  • Almaniya B.L.
  • 23:38 23.03.2026
"Ayntraxt" onunla razılığa gəldi
"Borussiya"dan çətin qələbə
  • Almaniya B.L.
  • 23:46 21.03.2026
"Borussiya"dan çətin qələbə