- Almaniya B.L.
- 23:36 30.03.2026
“Bavariya”nın idman direktoru Maks Eberl yayda Məhəmməd Salahın transferi ilə bağlı xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın "Winwin"ə istinadən məlumatına görə, Eberl bildirib ki, “Bavariya” Misirli futbolçuya heç bir təklif göndərməyib.
Qeyd edək ki, Məhəmməd Salah mövsümün sonunda “Liverpul”dan azad agent kimi ayrılacaq. Misirli hücumçu “qırmızılar”ın formasını doqquzuncu mövsümündə geyinir. Transfermarkt portalı hazırda Salahın dəyərini 30 milyon avro qiymətləndirir.
Hazırda “Bavariya” Bundesliqada inamlı liderliyini qoruyur, “Liverpul” isə İngiltərə çempionatında beşinci pillədə qərarlaşıb.