5 aprel 2026. Bazar günü

"Bayer"dən darmadağın


 "Bayer"dən darmadağın

Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində "Bayer Leverkuzen" ilə "Volfsburq" komandaları arasında keçirilən qarşılaşma məhsuldar nəticə ilə yadda qalıb.

90deqiqe.Az-ın məlumatına görə, "Bayer Leverkuzen" doğma meydanda rəqibini 6:3 hesabı ilə məğlub edərək vacib qələbə qazanıb.

Görüşə qonaqlar fəal başlayıb. 16-cı dəqiqədə Yonas Vind hesabı açaraq komandasını önə keçirib. 30-cu dəqiqədə Aleksandro Qrimaldo cərimə zərbəsini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. Lakin cəmi bir dəqiqə sonra Yoakim Mehle yenidən qonaqları hesabda irəli çıxarıb.

38-ci dəqiqədə Kristian Eriksen penaltidən fərqlənərək hesab arasındakı fərqi artırıb. İlk hissənin sonlarına yaxın, 44-cü dəqiqədə yenidən Aleksandro Qrimaldo fərqlənərək hesabı minimuma endirib.

İkinci hissədə meydan sahibləri oyuna nəzarəti tam ələ alıblar. 53-cü dəqiqədə Patrik Şik penaltidən dəqiq yararlanaraq hesabı bərabərləşdirib. 68-ci dəqiqədə Edmon Tapsoba komandasını önə keçirən qolu vurub.

73-cü dəqiqədə İbrahim Maza fərqlənərək üstünlüyü daha da möhkəmləndirib. Qarşılaşmanın əlavə olunmuş vaxtında, 90+6-cı dəqiqədə Malik Tillman yekun hesabı müəyyənləşdirib – 6:3.

Bu nəticədən sonra "Bayer Leverkuzen" 49 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Volfsburq" isə 21 xalla 17-ci yerdə qalmaqda davam edir.

Növbəti turda "Bayer Leverkuzen" səfərdə "Borussiya Dortmund" ilə qarşılaşacaq. "Volfsburq" isə doğma meydanda "Ayntraxt Frankfurt" komandasını qəbul edəcək.







Almaniya B.L.

"Leyptsiq"dən çətin qələbə
  • Almaniya B.L.
  • 23:25 04.04.2026
"Leyptsiq"dən çətin qələbə
"Bilirdim ki, bu gün qol vuracağam"
  • Almaniya B.L.
  • 23:03 04.04.2026
"Bilirdim ki, bu gün qol vuracağam"
 "Borussiya"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 22:47 04.04.2026
"Borussiya"dan inamlı qələbə
 "Bayer"dən darmadağın
  • Almaniya B.L.
  • 22:27 04.04.2026
"Bayer"dən darmadağın
 “Bavariya”dan çətin qələbə
  • Almaniya B.L.
  • 22:19 04.04.2026
“Bavariya”dan çətin qələbə