- Almaniya B.L.
- 23:33 04.04.2026
"Bavariya"nın yarımmüdafiəçisi Lennart Karl Bundesliqanın 28-ci turunda "Frayburq" üzərində qazanılan qələbə barədə fikirlərini bildirib.
90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Çox xoşbəxtəm. Bu, inanılmaz bir hissdir. Həmişə matçın sonunda qələbə qolunu vurub köynəyimi çıxarmağı arzulamışam. Xoşbəxtlikdən, bu baş verdi; bu, inanılmaz bir hissdir. Bu gün qol vuracağım hissi var idi. Bu baş verdi və bu, mükəmməl idi", - Karl matçdan sonra deyib.
Qeyd edək ki, oyunçu əlavə vaxtda qələbə qolunu vurub və matç 3-2 hesabı ilə Münhen klubunun xeyrinə başa çatıb.
"Bavariya" hazırda Bundesliqanın turnir cədvəlinə 73 xalla başçılıq edir. "Frayburq" 37 xalla səkkizinci yerdədir.