- Almaniya B.L.
- 20:54 05.04.2026
Almaniya Bundesliqasında 28-ci tur çərçivəsində “Union” və “Sankt-Pauli” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Oyun zamanı 25-ci dəqiqədə “Sankt-Pauli” önə çıxıb. Rəqib qapısını Matias Pereira Laç sındırıb. Qonaqlar üstünlüyü ilk hissənin sonuna qədər qoruyub, lakin ikinci hissənin əvvəlində “Union” hesabı bərabərləşdirib. Qolun müəllifi Andrey İliç olub, ona Derri Kön assist edib. Bundan sonra oyunda əlavə qol olmayıb və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra “Union” 32 xalla turnir cədvəlində 11-ci pilləyə yüksəlib. “Sankt-Pauli”nin aktivində isə 24 xal var və komanda 16-cı yerdədir. Qeyd edək ki, mövsümün ilk dövrəsində “Zanx-Pauli” evdə “Union”a 0:1 hesabı ilə məğlub olmuşdu.