21 may 2026. Cümə axşamı

“Ayntraxt” evdə xal itirdi


 “Ayntraxt” evdə xal itirdi

Almaniya çempionatının 28-ci turunda “Ayntraxt” doğma meydanda “Köln”ü qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Komandalar ilk hissədə hücum futboluna üstünlük versələr də, uzun müddət hesab açılmayıb. Meydan sahibləri yalnız 66-cı dəqiqədə hesabı açmağa nail olublar. Conatan Burkardt fərqlənib, məhsuldar ötürməni isə Fares Şaibi verib.

69-cu dəqiqədə “Ayntraxt” ikinci qolu vurub. Ayub Amaymuni-Eçquyabın ötürməsindən sonra Arno Kalimuendo topu qapıdan keçirib. Lakin “Köln” təslim olmayıb və geri dönüş etməyi bacarıb. 70-ci dəqiqədə Yakub Kaminski fərqi minimuma endirib, oyunda son nöqtəni isə Alessio Kastro-Montes qoyub.

Beləliklə, tərəflər meydandan hərəyə bir xalla ayrılıblar.







Almaniya B.L.

 “Bavariya”dan darmadağın
  • Almaniya B.L.
  • 22:33 16.05.2026
“Bavariya”dan darmadağın
“Bayer” xal itirdi
  • Almaniya B.L.
  • 22:31 16.05.2026
“Bayer” xal itirdi
 “Borussiya”dan inamlı qələbə
  • Almaniya B.L.
  • 22:28 16.05.2026
“Borussiya”dan inamlı qələbə