- Almaniya B.L.
- 23:56 05.04.2026
Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Niko Şlotterbek klubla yeni müqavilə danışıqları barədə açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, son günlər tərəflər arasında danışıqların tıxandığı iddia edilsə də, 26 yaşlı futbolçu yaxın həftə qərarını verəcəyini söyləyib.
“Lars Rikken və Ole Bok ilə yaxşı söhbətim oldu. Həmişə dediyim kimi, “Borussiya”da qalmağı problem olmadan təsəvvür edə bilirəm, amma hər şeyi razılaşdırmalıyıq. Görək hadisələr necə inkişaf edəcək”, – deyə müdafiəçi bildirib.
Qeyd edək ki, Dortmund klubu şənbə günü səfərdə “Ştutqart”ı oyunun sonlarında vurduğu iki qol sayəsində 2:0 hesabı ilə məğlub edib. Bu qələbə komandaya əhəmiyyətli xal qazandırıb.