5 avqust 2026. Çərşənbə

“Mançester Yunayted” Ştilleri transfer etmək istəyir - qiymət açıqlandı


“Mançester Yunayted” Ştilleri transfer etmək istəyir  - qiymət açıqlandı

“Ştutqart”ın yarımmüdafiəçisi Anjelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, alman futbolçunun transferində “Mançester Yunayted” maraqlıdır. Bundesliqa təmsilçisi oyunçunun satışından təxminən 65 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Anjelo Ştiller 2023-cü ildə “Hoffenhaym”dan “Ştutqart”a 5 milyon avro qarşılığında keçib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.

Cari mövsümdə 25 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 44 oyuna çıxıb, 1 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfer bazarının məlumatına əsasən, Ştillerin dəyəri 45 milyon avro qiymətləndirilir.







Almaniya B.L.

"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi