- Almaniya B.L.
- 20:54 11.04.2026
Almaniya Bundesliqasının 29-cu turunda “Borussiya Dortmund” və “Bayer Leverkuzen” komandaları qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, Dortmundda keçirilən görüş “Bayer”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın baş hakimi Oberasbaxdan olan Deniz Aytəkin olub.
Oyunda yeganə qolu 42-ci dəqiqədə Robert Andrix vuraraq “Bayer”i önə çıxarıb.
Qeyd edək ki, əvvəlki turda “Borussiya” “Ştutqart”ı 2:0, “Bayer” isə “Volfsburq”u 6:3 hesabı ilə məğlub etmişdi.
Növbəti turda “Borussiya Dortmund” 18 apreldə “Hoffenhaym”la, “Bayer Leverkuzen” isə “Auqsburq”la qarşılaşacaq.
Hazırda “Borussiya Dortmund” 64 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb, “Bayer Leverkuzen” isə 52 xalla beşinci yerdədir.