28 may 2026. Cümə axşamı

“Volfsburq” evdə “Ayntraxt”a uduzdu


 “Volfsburq” evdə “Ayntraxt”a uduzdu

Almaniya Bundesliqasının 29-cu turunda “Volfsburq” öz meydanında “Ayntraxt”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 21-ci dəqiqədə açılıb. Oskar Hoylun komandasını önə çıxarıb. Qola Ayyub Aymamuni-Eçquyab məhsuldar ötürmə verib. 32-ci dəqiqədə Arno Kalimuendo fərqi iki topa çatdıraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbədən sonra “Ayntraxt” 42 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Volfsburq” isə 21 xalla 17-ci yerdədir və aşağı pillələrdə qalır.

Qeyd edək ki, ilk dövrədə Frankfurt şəhərində keçirilən oyunda komandalar 1:1 hesablı heç-heçə etmişdi.







Almaniya B.L.

Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər