11 aprel 2026. Şənbə

“Leyptsiq” 3 xalı tək qolla qazandı


 “Leyptsiq” 3 xalı tək qolla qazandı

Almaniya Bundesliqasının 29-cu turunda “Leyptsiq” öz meydanında “Borussiya Mönhenqladbax”ı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş ev sahibinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib. Yeganə qol 81-ci dəqiqədə vurulub. “Leyptsiq”in qələbə qoluna Yan Diomand imza atıb, məhsuldar ötürmə isə Kristof Baumqartner tərəfindən verilib.

Bu nəticədən sonra “Leyptsiq” 56 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Borussiya Mönhenqladbax” isə 30 xalla 13-cü yerdədir.

Qeyd edək ki, ilk dövrədə Mönhenqladbaxda keçirilən oyun 0:0 hesablı heç-heçə ilə başa çatmışdı.







Almaniya B.L.

 “Bavariya”dan darmadağın
  • Almaniya B.L.
  • 22:35 11.04.2026
“Bavariya”dan darmadağın
 “Leyptsiq” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 20:54 11.04.2026
“Leyptsiq” 3 xalı tək qolla qazandı
Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
  • Almaniya B.L.
  • 22:49 07.04.2026
Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
Harri Keyn məşqlərə qayıtdı
  • Almaniya B.L.
  • 23:12 06.04.2026
Harri Keyn məşqlərə qayıtdı