27 may 2026. Çərşənbə

“Bavariya”dan darmadağın


 “Bavariya”dan darmadağın

Almaniya Bundesliqasının 29-cu turunda “Sankt-Pauli” klubu doğma meydnada  Münhen “Bavariya”sını qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş qonaqların 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Matçın baş hakimi Obershauzendən olan Tobias Ştiler olub.

Hesab 9-cu dəqiqədə açılıb. Camal Musiala “Bavariya”nı önə çıxarıb. 53-cü dəqiqədə Leon Qoretska fərqi artırıb, bir dəqiqə sonra Maykl Olise üçüncü qolu vurub. 65-ci dəqiqədə Nikolas Cekson dördüncü qolu qeyd edib, 88-ci dəqiqədə isə Rafael Qerreyru yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra “Bavariya” 76 xalla turnir cədvəlinin lideridir. “Sankt-Pauli” isə 25 xalla 16-cı pillədə qərarlaşıb.







Almaniya B.L.

Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər