17 may 2026. Bazar günü

“Bavariya” daha bir rekord müəyyənləşdirdi


“Bavariya” daha bir rekord müəyyənləşdirdi

“Bavariya” baş məşqçi Vensan Kompani rəhbərliyi altında rekordları yeniləməyə davam edir.

90deqiqe.Az-ın məlumatına görə, Bundesliqanın son turunda “Sankt-Pauli” üzərində 5:0 hesablı qələbə qazanılan oyunda 18 yaşlı Bara Ndiaye əsas komandada debüt edib. Bununla da Münhen təmsilçisinin cari mövsümdə çempionatda meydana çıxardığı futbolçuların sayı 31-ə çatıb və bu, klub tarixində yeni rekorddur.

Bundan əlavə, komanda bir mövsüm ərzində 19 yaş və daha gənc futbolçulara ən çox şans verən kollektiv kimi Bundesliqa rekorduna imza atıb – bu göstərici səkkizdir.

Həmin qarşılaşmada “Bavariya” eyni zamanda Bundesliqa tarixində bir mövsümdə vurulan ümumi qolların sayına görə də rekordu yeniləyib – 105 qol. Mövsümün başa çatmasına isə hələ beş tur qalır.







Almaniya B.L.

 “Bavariya”dan darmadağın
  • Almaniya B.L.
  • 22:33 16.05.2026
“Bavariya”dan darmadağın
“Bayer” xal itirdi
  • Almaniya B.L.
  • 22:31 16.05.2026
“Bayer” xal itirdi
 “Borussiya”dan inamlı qələbə
  • Almaniya B.L.
  • 22:28 16.05.2026
“Borussiya”dan inamlı qələbə
 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi