3 iyun 2026. Çərşənbə

“Leypsiq” səfərdə “Ayntraxt”ı məğlub etdi


“Leypsiq” səfərdə “Ayntraxt”ı məğlub etdi

Almaniya Bundesliqasının 30-cu turunda “Ayntraxt” doğma meydanda “Leypsiq”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 30-cu dəqiqələr ərəfəsində açılıb. Jan Diomand fərqlənib, ötürmə Lukas Klostermandan gəlib.

34-cü dəqiqədə “Ayntraxt” Huko Larssonun qolu ilə bərabərliyi təmin edib.

70-ci dəqiqədə “Leypsiq” yenidən önə keçib. Antonio Nusa dəqiq zərbə ilə fərqlənib.

81-ci dəqiqədə isə Konrad Harder qələbəni rəsmiləşdirən qolu vurub.

Bu nəticədən sonra “Leypsiq” 59 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Ayntraxt” isə 42 xalla 7-ci sıradadır.

Qeyd edək ki, komandalar arasında ilk dövrədə keçirilən oyunda “Leypsiq” rəqibini 6:0 hesabı ilə məğlub etmişdi.







Almaniya B.L.

Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər