3 iyun 2026. Çərşənbə

“Frayburq”dan inamlı qələbə


“Frayburq”dan inamlı qələbə

“Frayburq” Almaniya Bundesliqasının 30-cu turunda öz meydanında “Haydenhaym” ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, Frayburq azarkeşləri 2:1 hesablı qələbə ilə sevindirib.

Görüşdə hesab 24-cü dəqiqədə açılıb. Yohan Manzambi fərqlənib, qolun ötürməsini isə Vinçenzo Qrifo edib.

59-cu dəqiqədə qonaqlar bərabərlik qolunu vurublar. Budu Zivzivadze rəqib qapısına yol tapıb.

Oyunda qələbə qolunu 83-cü dəqiqədə Maksimilian Eqgşteyn vurub. Həmin epizodda assisti yenə Vinçenzo Qrifo edib.

Bu nəticədən sonra “Frayburq” 43 xalla turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Haydenhaym” isə 19 xalla sonuncu — 18-ci yerdə qərarlaşıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər