19 aprel 2026. Bazar günü

“Bavariya” 35-ci dəfə Almaniya çempionu oldu


“Bavariya” 35-ci dəfə Almaniya çempionu oldu

Almaniya Bundesliqasının 2025/2026 mövsümünün 30-cu turunda “Bavariya” öz meydanında “Ştutqart”ı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Arena Münhen” stadionunda keçirilən matçda meydan sahibləri 4:2 hesabı ilə qələbə qazanıb.

Oyunda hesabı 21-ci dəqiqədə Kris Fürix açaraq qonaqları önə keçirib. 31-ci dəqiqədə Rafael Qerreru bərabərlik qolunu vurub.

Daha sonra “Bavariya” ardıcıl qollarla üstünlüyü ələ alıb. 33-cü dəqiqədə Nikolya Cekson, 37-ci dəqiqədə Alfonso Deyvis, 52-ci dəqiqədə isə Harri Keyn fərqlənib.

88-ci dəqiqədə Cema Andres “Ştutqart”ın ikinci qolunu vurub.

Bu qələbədən sonra “Bavariya” 79 xalla Bundesliqada çempionluğunu rəsmiləşdirib. Münhen təmsilçisi tarixində 35-ci dəfə Almaniya çempionu olub.

“Ştutqart” isə 56 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.







Almaniya B.L.

“Frayburq”dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:14 19.04.2026
“Frayburq”dan inamlı qələbə
 “Verder”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 21:13 18.04.2026
“Verder”dən inamlı qələbə
“Bayer” doğma meydanda məğlub oldu
  • Almaniya B.L.
  • 21:01 18.04.2026
“Bayer” doğma meydanda məğlub oldu