- Almaniya B.L.
- 22:45 20.04.2026
“Bavariya”nın prezidenti Herbert Hayner komandanın Almaniya çempionatında 35-ci dəfə vaxtından əvvəl qələbə qazanması ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, funksioner bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Almaniya çempionu olmaq asan deyil. Amma çempion statusunu qoruyub saxlamaq "Bavariya"nın uğurunun əsas göstəricisidir. Bu komandanı izləmək həqiqətən zövq verir. Onlar yerində saymırlar. Futbolçuların, baş məşqçi Vensan Kompani və onun məşqçilər heyətinin, eləcə də bütün idarə heyətinin böyük əməyi var. Çempionluq hər zaman əsas hədəfdir. İndi isə əlavə vəzifələrə – Çempionlar Liqası və Almaniya Kubokuna yönəlirik.
Prezident kimi məni sevindirən məqamlardan biri də qadın komandasının çərşənbə günü ardıcıl dördüncü titulu qazanmaq şansı olmasıdır. Daha sonra isə onlar şənbə günü Çempionlar Liqasının yarımfinalında “Barselona”nı “Allyans Arena”da qəbul edəcəklər. Azarkeşlərimiz klubumuzun hər mövsüm göstərdiyi nəticələrlə fəxr edə bilər”, – deyə Hayner bildirib.