5 iyun 2026. Cümə

Noyer çempionluq sayında Müllerə çatdı


Noyer çempionluq sayında Müllerə çatdı

“Bavariya” ötən gün “Ştutqart”ı 4:2 hesabı ilə məğlub edərək Almaniya çempionluğunu vaxtından əvvəl təmin edib.

90deqiqe.Az xəbər verir ki, bu qələbə Münhen klubunun qapıçısı Manuel Noyerə keçmiş komanda yoldaşı Tomas Müller ilə eyni sayda – 13 çempionluq tituluna sahib olmaq imkanı yaradıb. 

Noyer 2011-ci ilin iyulunda “Bavariya”ya transfer olunub. Onun debüt mövsümündə komanda heç bir titul qazana bilməsə də, daha sonra o, ardıcıl 11 çempionluqda əsas simalardan biri olub.

2024-cü ildə Xabi Alonsonun rəhbərlik etdiyi “Bayer” çempionatda “Bavariya”nı geridə qoyub. Lakin növbəti iki mövsümdə Münhen klubu yenidən çempionluğa qayıdıb.

Tomas Müller 2024/25 mövsümünün sonunda “Bavariya”dan ayrılıb və hazırda Amerika Liqasında “Vankuver Uaytkaps”da çıxış edir.

Noyerin “Bavariya” ilə müqaviləsi mövsümün sonunda başa çatır.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər