5 iyun 2026. Cümə

Luis Dias unikal rekorda imza atdı


Luis Dias unikal rekorda imza atdı

Almaniya çempionatının 30-cu turunda “Bavariya” “Ştutqart”ı 4:2 hesabı ilə məğlub edərək ölkə çempionluğunu təmin edib.

90deqiqe.Az “OptaFranz”a istinadən xəbər verir ki, bu oyunda “Bavariya”nın vingeri Luis Dias 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Dias 2004/05 mövsümündən bəri statistika aparılmağa başlandıqdan sonra “Bavariya” tarixində bir mövsümdə ən azı 13 qol və 13 məhsuldar ötürmə edən ilk futbolçu olub.

29 yaşlı kolumbiyalının cari mövsümdə göstəricisi 15 qol və 13 məhsuldar ötürmədir. O, həmçinin Avropanın 5 aparıcı liqasında bu nəticəyə çatan yeganə futbolçudur.

Luis Dias ötən yay İngiltərənin “Liverpul” klubundan 70 milyon avroya “Bavariya”ya transfer olunub. Onun Münhen klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər