3 noyabr 2026. Çərşənbə axşamı

Ayntraxt'ın qapıçısı üçün il bitdi


Ayntraxt'ın qapıçısı üçün il bitdi

Ayntraxt qapıçısı Kevin Trappı uzunmüddətli itirib.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, almaniyalı qolkiper zədələnib.

Belə ki, çiynindən xəsarət alan 29 yaşlı qapıçı yaxın günlərdə əməliyyat olunacaq. Həkimlər Trappın 3 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, Trapp bu mövsüm bütün turnirlərdə "Ayntraxt"ın heyətində 11 matçda iştirak edib.







Almaniya B.L.