10 may 2026. Bazar günü

Keçmiş futbolçu Afrikada su layihələrini davam etdirmək istəyir


Keçmiş futbolçu Afrikada su layihələrini davam etdirmək istəyir

Keçmiş serb futbolçu Neven Subotiç karyerasını bitirdikdən sonra xeyriyyə fəaliyyətinə ciddi şəkildə yönəlib.

90deqiqe.Az-ın məlumatına görə, Bosniya və Herseqovinada, Serb Respublikasında doğulan Subotiç uşaqlıq illərində ailəsi ilə birlikdə müharibə səbəbindən ölkəni tərk etməyə məcbur olub. O, bu səbəbdən həyatdakı çətinlikləri yaxından yaşadığını bildirib.

Futbolçu açıqlamasında indiyə qədər müxtəlif xeyriyyə layihələrinə təxminən 4 milyon avro vəsait ayırdığını qeyd edib. Lakin şəxsi maliyyə imkanlarının tükəndiyini deyən Subotiç hazırda layihələrin davamı üçün yeni maliyyə mənbələri axtardığını bildirib.

Onun əsas təşəbbüsləri arasında Afrikanın ən kasıb bölgələrində yaşayan əhalinin içməli su ilə təmin olunmasına yönəlmiş layihələr xüsusi yer tutur.







Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə