9 iyun 2026. Çərşənbə axşamı

“Bavariya"dan möhtəşəm geri dönüş


“Bavariya"dan möhtəşəm geri dönüş

Almaniya Bundesliqasının 31-ci turunda “Maynts” “Bavariya Münhen”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, "MEWA Arena"da keçirilən qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Matçı Martin Petersen idarə edib.

Ev sahibi komanda matça sürətli başlayıb. 15-ci dəqiqədə Dominik Khor hesabı açıb, 29-cu dəqiqədə Paul Nebel fərqi artırıb. 45+2-ci dəqiqədə Şeraldo Bekker üçüncü qolu vuraraq “Maynts”ı böyük üstünlüyə çıxarıb.

İkinci hissədə “Bavariya” geri dönüşə imza atıb. 53-cü dəqiqədə Nikolya Cekson fərqlənib, 73-cü dəqiqədə Maykl Olise hesab arasındakı fərqi azaldıb. 80-ci dəqiqədə Camal Musiala tarazlığı bərpa edib, 83-cü dəqiqədə isə Harri Keyn qələbə qolunu vurub.

Bu nəticədən sonra “Maynts” 34 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. “Bavariya” isə 82 xalla liderliyini davam etdirir və daha əvvəl çempionluğu rəsmiləşdirib.

Növbəti turda “Maynts” 3 mayda səfərdə “Sankt-Pauli” ilə qarşılaşacaq, “Bavariya” isə 2 mayda evdə “Haydenhaym”ı qəbul edəcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər