- Almaniya B.L.
- 22:12 26.04.2026
Almaniya Bundesliqasının 31-ci turunda “Bavariya” səfərdə “Maynts” üzərində 4:3 hesablı qələbə qazanıb.
90deqiqe.Az xəbər verir ki, Münhen təmsilçisi oyunda 0:3 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkar dönüş edərək qalib gəlib.
Bu nəticə “Bavariya”ya bir mövsüm ərzində səfər oyunlarında vurulan qolların sayına görə Bundesliqa rekordunu yeniləməyə imkan verib. Məlumata görə, komanda səfərdə artıq 53 qol vurub.
Klubun qarşıda “Volfsburq”la oyunu da var və bu göstəricinin artması mümkündür.
Baş məşqçi Vinsent Kompani rəhbərliyi altında artıq çempionluğu təmin edən Münhen klubu mövsümü daha bir rekordla tamamlaya bilər. Komanda qalan 3 oyunu da qazanacağı halda, 91 xalla 2012/13 mövsümünün nəticəsini təkrarlayacaq, lakin daha yaxşı qol fərqi ilə yeni tarix yaza bilər.