28 aprel 2026. Çərşənbə axşamı

“Bavariya” Ceksonun transfer hüquqlarını almaqdan imtina edib


“Bavariya” Ceksonun transfer hüquqlarını almaqdan imtina edib

“Bavariya” klubu “Çelsi”dən icarəyə götürdüyü hücumçu Nikola Ceksonun transfer hüquqlarını almaq niyyətində deyil.

90deqiqe.Az-ın məlumatına görə, bu məlumatı Almaniya klubunun meneceri Maks Eberl "ZDF" kanalının efirində təsdiqləyib.

Beləliklə, mövsümün sonunda seneqallı futbolçu yenidən İngiltərə klubunun düşərgəsinə qayıdacaq.

“Bavariya” Ceksonu 2025-ci ilin avqustunda “Çelsi”dən icarəyə götürmüşdü. Futbolçunun transfer hüququnun təxminən 64 milyon avro olduğu bildirilir.

Cari mövsümdə 24 yaşlı hücumçu Münhen klubunun heyətində bütün turnirlər daxil olmaqla 29 oyunda iştirak edib. Onun aktivində 10 qol və 4 məhsuldar ötürmə var.

Ceksonun “Çelsi” ilə müqaviləsi 2033-cü ilin yayına qədər nəzərdə tutulub.







Almaniya B.L.

"Keyn oyun qurucuya çevrilib"
  • Almaniya B.L.
  • 23:20 27.04.2026
"Keyn oyun qurucuya çevrilib"
“Borussiya”dan darmadağın
  • Almaniya B.L.
  • 22:12 26.04.2026
“Borussiya”dan darmadağın
“Bavariya"dan möhtəşəm geri dönüş
  • Almaniya B.L.
  • 20:48 25.04.2026
“Bavariya"dan möhtəşəm geri dönüş