12 iyun 2026. Cümə

"Keyn oyun qurucuya çevrilib"


"Keyn oyun qurucuya çevrilib"

"Bavariya" klubunun İdarə Heyətinin üzvü Karl-Haynts Rummenigge Vensan Kompaninin baş məşqçi təyin olunmasından sonra Harri Keynin oyununda baş verən dəyişikliklərdən danışıb.

90deqiqe.Az xəbər verir ki, "T-Online" nəşri funksionerin dediklərini belə çatdırıb.

“Keyn Kompaninin rəhbərliyi altında böyük bir transformasiya keçib. O, hər zaman çox qol vuran əla hücumçu olub. Amma indi o, oyun qurucuya çevrilib, yarımmüdafiə xəttinə qədər enir və özünün möhtəşəm uzun ötürmələri ilə Olis və Diası oyuna qoşur. Bu, bizim oyun üslubumuz üçün çox vacibdir”

Harri Keyn indiyədək "Bavariya" forması ilə 141 oyun keçirib, 138 qol vurub və komanda yoldaşlarına 32 məhsuldar ötürmə verib. İngiltərəli futbolçunun müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub. “Bavariya” artıq Almaniya çempionluğunu rəsmiləşdirib.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər