13 iyun 2026. Şənbə

“Bavariya” treblə bağlı favoritlərdəndir, yarımfinal isə ..."


“Bavariya” treblə bağlı favoritlərdəndir, yarımfinal isə ..."

Toni Kroos keçmiş klubu "Bavariya" ilə bağlı mövsümün sonunda “üçlük” qazanma ehtimalını dəyərləndirib.

 90deqiqe.Az xəbər verir ki, o, bu barədə "SPORT1"ə müsahibəsində danışıb.

“Bəli, tamamilə. Onlar bu mərhələyə qədər gəlib çıxıblar. Son illərdə bu, onlara nəsib olmurdu. Çempionlar Liqasında çox vaxt 1/4 və ya 1/2 finalda dayanırdılar. Almaniya kubokunda da son illərdə erkən mərhələlərdə mübarizəni dayandırırdılar. İndi isə bütün turnirlərdə mübarizəni davam etdirirlər və bu, böyük işdir. Əlbəttə, sona qədər getmək lazımdır, amma artıq liqa çempionluğu qazanılıb. Kubokun finalında da favoritdirlər. Çempionlar Liqasında isə iki ən güclü Avropa komandası arasında 50-50 şans görürəm. Maraqlı olacaq və onların finala qədər getməsini arzulayıram”.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında "Bavariya" klubu PSJ ilə qarşılaşacaq.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər