29 aprel 2026. Çərşənbə

"Kompani Keyni dəyişdi – o, artıq oyun qurucusudur”


"Kompani Keyni dəyişdi – o, artıq oyun qurucusudur”

“Bavariya” klubunun Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge komandanın baş məşqçisi Vensan Kompaniyə qoşulduqdan sonra Harri Keyndə baş verən dəyişikliklərdən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, Keyn Kompani rəhbərliyi altında fərqli oyun üslubu qazanıb:

“Keyn Kompani ilə birlikdə böyük bir transformasiya keçib. O, hər zaman çox qol vuran əla hücumçu olub. Lakin indi o, oyun qurucusuna çevrilib, yarımmüdafiəyə qədər geriyə çəkilir və Olise ilə Diası oyuna qoşmaq üçün möhtəşəm uzun ötürmələrindən istifadə edir. Bu, bizim oyun üslubumuz üçün çox vacibdir”.

Qeyd edək ki, Harri Keyn “Bavariya”da ümumilikdə 141 oyuna çıxıb, 138 qol vurub və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun klubla müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir. “Bavariya” artıq Almaniya çempionluğunu rəsmiləşdirib.







Almaniya B.L.

"Keyn oyun qurucuya çevrilib"
  • Almaniya B.L.
  • 23:20 27.04.2026
"Keyn oyun qurucuya çevrilib"
“Borussiya”dan darmadağın
  • Almaniya B.L.
  • 22:12 26.04.2026
“Borussiya”dan darmadağın
“Bavariya"dan möhtəşəm geri dönüş
  • Almaniya B.L.
  • 20:48 25.04.2026
“Bavariya"dan möhtəşəm geri dönüş