30 aprel 2026. Cümə axşamı

"Keyn qərarlı idi və hər şeyi dəyişdi"


"Keyn qərarlı idi və hər şeyi dəyişdi"

Hazırda ABŞ-ın milli komandasının baş məşqçisi Maurisio Poçettino “Bavariya”nın hücumçusu Harri Keynlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Goal.com" çalışdırıcının dediklərini belə çatdırıb.

“Tim Şervud klubdan ayrıldıqdan sonra mən gəldim və düşünürəm ki, Keyn üçüncü və ya dördüncü hücumçu idi. Biz Harry ilə işləməyə başladıqda gördük ki, o, qərarlı idi və uğur qazanmaq istəyirdi. Həqiqətən də, onun ən yaxşı vərdişləri yox idi, amma biz onunla danışdıqdan sonra o, ağıllı şəkildə davranmağa başladı və hər şeyi çox tez dəyişdi – məşqlərə, yeməyə və s. O və yanında olan insanlar onu uğurlu etdilər”, – Poçettino Goal.com saytına verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, Poçettino 2014-2019-cu illər arasında “Tottenhem”in baş məşqçisi olub, Keyn isə 2011-2023-cü illər arasında “Tottenhem”in əsas heyətində oynayıb.Hazırkı mövsümdə 31 yaşlı hücumçu 46 oyunda 54 qol vurub və 7 məhsuldar ötürmə verib.







Almaniya B.L.

"Keyn oyun qurucuya çevrilib"
  • Almaniya B.L.
  • 23:20 27.04.2026
"Keyn oyun qurucuya çevrilib"
“Borussiya”dan darmadağın
  • Almaniya B.L.
  • 22:12 26.04.2026
“Borussiya”dan darmadağın